2008/11/20

Türk xalqlarının musiqisini tәbliĝ edәn telekanal yaradılıb

Comment This!
Как передает Медиа Форум, создан ТВ канал, который будет транслировать по сателлиту из Станбула музыку тюркских народов. В Баку уже открылся его бакинский филиал, руководителем которого был избран сотрудник "Халг газети" Тахир Айдыноглу. На этом канале клипы певцов будут показываться бесплатно и ежегодно будет организовываться шоу "ТюркВизион" на подобие Евровидения.

Dekabrdan İstanbulda Türkdilli Xalqlar və Toplumların Musiqi Telekanalı fəaliyyətə başlayır. Təsisçisi Naim Burak Erki olan televiziyanın məqsədi türk xalqları və toplumlarının musiqisinin təbliğidir. Peyklə yayımlanacaq televiziyanın Azərbaycanda da nümayəndəliyi yaradılıb. Bakı nümayəndəliyinin rəhbəri «Xalq qəzeti»nin əməkdaşı Tahir Aydınoğludur.

Jurnalist «Media forum» saytına deyib ki, Bakı nümayəndəliyində o və menecer Ülviyyə Vəliyeva çalışacaq: «İşimiz musiqiləri toplayıb İstanbula göndərmək olacaq. Seçim Türkiyədə aparılacaq. Kanalda standartlara uyğun gələn, yüksək keyfiyyətli yazılıb-çəkilmiş ifalara yer veriləcək. Kanal hər il «Avroviziya»ya bənzər «Türkviziya» mahnı müsabiqəsi keçirəcək».

T.Aydınoğlu bildirib ki, kanalda kliplər təmənnasız yayımlanacaq. Onun sözlərinə görə, kanalın təsisçilərinin Azərbaycanın rəsmi dairəlrində də görüşləri olub və belə bir televiziyanın açılması alqışlanıb: «Mədəniyyət, Rabitə nazirliklərində, Milli Teleradio Şurasında görüşlər keçirilib. Türk musiqisinin pərəstişkarlarına təmənnasız xidmət edəcək kanalın açılması ideyası dəstəklənib. Burak Erki təcrübəli, istetadlı adamdır. Türkiyədə bir sıra televiziya kanallarının, o cümlədən, Kral TV-nin yaradıcılarından olub».

0 Comments:

Post a Comment